İspaniya kralı Xuan Karlos cərrahiyyə əməliyyatı ilə bağlı xəstəxanaya yerləşdirilib.Onun onurğa sütunundan əməliyyat olunduğu bildirilir. Madrid xəstəxanasına gətirilən Xuan Karlos “Budur, yenə təşrif buyurdum” deyərək zarafatından da qalmayıb. Bu, 75 yaşlı monarxın bir il ərzində məruz qaldığı sayca 4-cü cərrahiyyə əməliyyatıdır. Həkimlər əməliyyatın fəsadsız keçdiyini açıqlayıb. Qeyd edək ki, ispan kralının əməliyyatına, ölkənin ən məşhur Neyro-cərrahı Manuel Qutyeres rəhbərlik edib.