Almaniyanın "Leyptsiq" komandasında çıxış edən Slovakiya millisinin futbolçusu Benyamin Şeşko İspaniyanın üç nəhəng klubunun diqqət mərkəzindədir.
"Atletiko", "Real" və "Barselona" 21 yaşlı hücumçu ilə maraqlanır.
Qeyd edək ki, Benyamin Şeşko cari mövsüm Almaniya klubunun heyətində 21 qola imza atıb. Onun Bundesliqa təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.