İsrail mətbuatında yer alan xəbərə görə, İsrail ilə Fələstin arasında sabah başlayacaq əsir mübadiləsi zamanı İsrail tərəfinin 39 fələstinli əsiri azad edəcəyi bildirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail ilə Fələstin arasında əldə edilən əsir mübadiləsi razılaşması çərçivəsində humanitar sülh fasiləsinin sabah başlaması gözlənildiyi halda, İsrail mətbuatında İsrail tərəfinin sabah başlayacaq humanitar fasilədə 39 fələstinli əsiri sərbəst buraxacağı xəbəri yayılıb.
Xəbərdə fələstinli məhbusların yerli vaxtla saat 20:00 radələrində azad edilməsinin gözlənildiyi, Qəzza zolağında azad edilən israilli əsirlərin İsrail ərazisinə daxil olmasının ardından fələstinli əsirlərin azad ediləcəyi bildirilib.
Fələstinli əsirlər 3 həbsxanadan azad ediləcək.
Xəbərdə sözügedən fələstinli əsirlərin Megiddo, Damon və Ofer həbsxanalarından azad ediləcəyi, məhbusların isə Qırmızı Xaça aid maşınlarla işğal altındakı İordan çayının qərb sahilindəki Ofer həbsxanasından Beitonia keçid məntəqəsinə aparılacağı bildirilib.
Gülay