İsrail ordusunun sözçüsü Aviçay Adraee blokada altındakı Qəzza zolağının şimalındakı fələstinlilərin cənuba keçməsi üçün bu gün müvəqqəti olaraq dəhlizin açılacağını iddia edib.
AZXEBER.COM xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee sosial media platformasında yayımlanan mesajında dəhlizin açılacağını iddia edib.
İsrail ordusundan verilən açıqlamada, son 24 saat ərzində Qəzza boyunca 450 yerə hava zərbələri endirdiyi bildirilib.
Bölgənin şimalından cənubuna qədər uzanan Səlahəddin küçəsinin göstərilən saatlarda nəqliyyata açıq olacağını qeyd edən Adraee Qəzza şəhərindəki fələstinliləri cənuba getməyə çağırıb.
İsrail ordusu dünən Qəzza zolağının şimal hissəsini tamamilə mühasirəyə aldığını açıqlayıb. Bölgədə təxminən 400 min fələstinli mülki vətəndaşın olduğu bildirilir.
Ayşən