İsrail ABŞ-dan daha 25 ədəd “F-35” təyyarəsi alacaq

İsrail ABŞ-dan daha 25 ədəd “F-35” təyyarəsi alacaq
DÜNYA
18:48 02.07.2023
163
İsrail ABŞ-dan daha 25 ədəd "F-35” təyyarəsi alacaq və bu təyyarələrdən üçüncü eskadronu formalaşdıracaq.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, müqavilənin dəyəri 3 milyard dollardır.

"Lockheed Martin” tərəfindən istehsal olunacaq əlavə 25 təyyarə ilə İsrail Hərbi Hava Qüvvələrindəki "F-35”lərin sayı 75-ə çatacaq. Müqavilə ABŞ-ın İsrailin müdafiəsinə ayırdığı yardım hesabına maliyyələşəcək.
OXŞAR XƏBƏRLƏR