İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinə anidən hücuma keçib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fələstinin Xarici İşlər Nazirliyi açıqlayıb.
Verilən yazılı açıqlamada "Fələstin Xarici İşlər Nazirliyi milyonlarla köçkünün yaşadığı şəhərin işğal olunmaması ilə bağlı beynəlxalq xəbərdarlıqlara məhəl qoymayaraq, İsrailin Rəfah şəhərinə qarşı qanlı hava hücumlarını və sistematik dağıdıcı əməliyyatlarını şiddətlə qınayır" - deyə bəyanatda deyilir.
Açıqlamada İsrailin dünən gecə saatlarından etibarən Rəfaha dağıdıcı hava hücumu təşkil etdiyi və çoxlu sayda fələstinlinin həyatını itirdiyinə diqqət çəkilərək, "İsrail Rəfah şəhərinə hücuma keçib və beynəlxalq reaksiyalardan qaçmaq üçün bunu açıqlamayıb", - deyə vurğulanıb.
Mikayıl