İsrail Müdafiə Nazirliyi 60 milyon dollardan yuxarı məbləğdə artilleriya mərmisi alacağını açıqlayıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, ümumi dəyəri 60 milyon dollardan yuxarı olan on minlərlə 155 mm-lik artilleriya mərmisi ilə bağlı imzalanmış müqavilə bir il ərzində reallaşdırılacaq:
"Müqavilə bir il ərzində yerinə yetiriləcək, artilleriya mərmilərinin 2024-cü ildə təhvil verilməsi gözlənilir”, - məlumatda deyilib.
Həmçinin əlavə olunub ki, sifarişin təchizatçısı İsrailin müdafiə sənayesi konserni "Elbit Systems” olacaq.
Mərmilər İsrail Müdafiə Qüvvələrinin artilleriya bölmələri üçün nəzərdə tutulub.
///Apa