İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib

İsrail aviasiyası Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
DÜNYA
08:03 15.10.2026
167
İsrail Hərbi Hava Qüvvələri son sutka ərzində Livanın cənubunda azı beş yaşayış məntəqəsində "Hizbullah" radikal qruplaşmasının obyektlərinə zərbələr endirib.

Bu barədə "Al-Markaziya" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, İsrail təyyarələri Beyt-Lif, Meyfadun, Sarbin, Haris və Əl-Mansuri yaşayış məntəqələrində qruplaşmanın obyektlərini hədəfə alıb. Eyni zamanda, İsrail artilleriyası Livan ərazisini intensiv atəşə tutub.

Bundan əlavə, İsrailin xüsusi təyinatlı qüvvələri Nəbatiyə əyalətində yerləşən Kfar-Tibnit şəhərinin ətrafında reydlər keçirib.

Eyni zamanda Əl-Xiyam şəhərinin ətrafındakı Cəllahiya və Həmmamə yaşayış məntəqələri intensiv pulemyot atəşinə tutulub. Yerli hakimiyyət orqanları dağıntılar və xəsarət alanlar barədə məlumat verməyib.
 
///report///

OXŞAR XƏBƏRLƏR