İsrail Azərbaycana daha çox dron göndərəcək - İDDİA

İsrail Azərbaycana daha çox dron göndərəcək -  İDDİA
SOSİAL
16:32 12.04.2016
2746

İsraildə çıxan Haaretz qəzeti Meretz partiyası sədrinini ölkənin müdafiə nazirinə yazdığı etiraz məktubuna istinadən bildirir ki, İsrail yaxın günlərdə Azərbaycana “daha çox dron” göndərməyə hazırlaşır.

AZXEBER.COM azadliq.org-a istinadən xəbər verir ki, İsrail müdafiə nazirinə göndərdiyi məktubda Meretz partiyasının sədri xanım Zehava Galon, Azərbaycan İsrail silahlarından Dağlıq Qarabağda istifadə etməyəcəyi barədə vəd verənədək Bakıya silah satışının dayandırılmasına çağırıb.Moshe Yaalona yazdığı məktubda Galon bildirir ki, İsrail qarşıdan gələn günlərdə Azərbaycana dronların yeni dəstlərini göndərməyə hazırlaşır.

Xanım Galon İsrail silahlarından Dağlıq Qarabağdakı erməni qüvvələrinə qarşı istifadə edilməsinin əleyhinə olduğunu yazır.Öz məktubunda partiya lideri xatırladır ki, həm Ermənistan, həm də Azərbaycan İsrailə dost ölkələrdir və belə olan halda İsrail silahlarının Dağlıq Qarabağda istifadə olunması yolverilməzdir.Sol təmayüllü Meretz partiyasının sədri bunu da bildirir ki, “son döyüşlərdə hər iki tərəf müharibə qanunlarını pozub”. Galon İsrail hökumətini “onsuz da od içində olan torpağa odlu silahlar göndərməməyə” çağırıb.

Meretz lideri bəyan edib ki, onun məlumatına görə, İsrail artıq indiyədək Azərbaycana çox sayda “Harop” intiharçı dronları verib. Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Azərbaycana aid dronlardan birinin avtobusa çırpılaraq Qarabağda cəbhə xəttinə gedən “7 erməni könüllüsünü” öldürdüyünü iddia edib.Galon, İsrail mediasının yaydığı bəzi məlumatlara istinadən yazır ki, İsrail və Azərbaycan arasında son illərdə 5 milyard dollarlıq silah sazişi imzalanıb. “Bu, bizim borcumuzdur ki, bu silahlar bizə dost olan ölkələrə, xüsusən də mülkilərə qarşı işlədilməsin” – yazır Galon.

Haaretz qəzeti bundan əvvəl xəbər vermişdi ki, Ermənistanın, Misirdəki səfiri (o həm də İsrail üzrə müvəkkildir) ötən həftə Yerusəlimə gələrək Xarici İşlər Nazirliyində “dron insidenti” ilə bağlı etirazını bildirib.Səfir habelə İsrailin Azərbaycana başqa silahları satmasına da etiraz bildirib.

İsrailin Müdafiə Nazirliyi Haaretz qəzetinin sorğusuna cavab olaraq bildirib ki, sözü gedən etiraz məktubunu alıb, lakin bundan artıq şərh vermək niyyətində deyildir.Qəzet yazır ki, Ermənistan müdafiə nazirinin müavini David Tonoyanın sözlərinə görə, İsrail Azərbaycana “sözü gedən dronlar da daxil”, satdığı silahlardan Ermənistana da təklif edib, lakin Yerevan belə silahlara ehtiyacı olmadığını bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
22:29 19.04.2026
"Bavariya" 35-ci dəfə Almaniya çempionu olub
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
22:15 19.04.2026
Vəfat etmiş şəxslərin kredit borclarının öhdəlikləri necə tənzimlənməlidir? - VİDEO
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
21:56 19.04.2026
ABŞ-də silahlı hücum - 8 uşaq həlak oldu
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
21:45 19.04.2026
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı YENİ TƏKLİF - VİDEO
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
21:43 19.04.2026
İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
21:39 19.04.2026
Kiyev Türkiyədən Zelenski - Putin görüşünü təşkil etməsini istəyib
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
21:12 19.04.2026
Cəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxıldı
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
20:55 19.04.2026
Pula-pul deməyəcək 3 bürc - Gəlirli fürsətlər olacaq
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
20:42 19.04.2026
"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
20:18 19.04.2026
İran ABŞ ilə danışıqları bərpa etmək üçün şərtini açıqlayıb
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
20:07 19.04.2026
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
19:53 19.04.2026
ADNSU-da keçirilən Respublika Fənn Olimpiadasının final mərhələsi başa çatıb
“Son qərar Tramp tərəfindən veriləcək”
19:39 19.04.2026
“Son qərar Tramp tərəfindən veriləcək”
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
19:19 19.04.2026
Ordudan yeni tərxis olunan gəncin meyiti tapıldı
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
19:08 19.04.2026
Şimali Koreya dənizə doğru bir neçə ballistik raket buraxıb
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI
18:50 19.04.2026
Lənkəranda təmir sexində baş vermiş PARTLAYIŞDA xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI