İsrail Baş Qərargah rəisi Herzi Halevi 21 əsgərin öldüyü, İsrail ordusunun hücumlarını davam etdirdiyi mühasirəyə alınmış Qəzza bölgəsinə gedəcəklərini və hadisədən dərs çıxaracaqlarını bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusunun yayımladığı videomüraciətdə İsrail Baş Qərargah rəisi Herzi Halevi 21 əsgərin HƏMAS tərəfindən öldürüldüyü hadisə yerinə getdiyini, komandirlərlə görüşdüyünü və ilkin araşdırma ilə bağlı məlumat aldığını bildirib.
O, hadisəni dərindən araşdıracaqlarını və "dərs alacaqlarını" bildirib.
Halevi Qəzzanın cənubundakı Xan Yunisə hücumların genişləndirildiyini, şimalda isə hücumların davam etdiyini bildirib.
Ayşən