İsrail ordusunun Livanın paytaxtı Beyrutun cənubunda həyata keçirdiyi hava hücumu nəticəsində ilkin məlumata görə 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA açıqlama yayıb.
Məlumata görə, İsrail döyüş təyyarələri paytaxt Beyrutun cənubundakı bir binanı iki raketlə hədəfə alıb.
İsrail Ordusunun sözçüsü Avichay Adraee, X hesabında etdiyi şərhdə, paytaxt Beyrutun cənubunu döyüş təyyarələri ilə bombaladıqlarını söyləyib.
Sözügedən hücumda Hizbullahdan bir ünsürün hədəf alındığını iddia edən Andrae, hədəf alınan Hizbullah ünsürünün son vaxtlar İsrailə qarşı hərəkətə keçmək məqsədi ilə Həmas üzvlərinə yardım etdiyini iddia edib.
Martın 28-də Livanın cənubundan ölkənin şimalına raketlər atıldığını açıqlayan İsrail ordusu ardıcıl hava hücumları ilə Livanın cənubunu və paytaxt Beyrutu hədəf alıb.
Qeyd edək ki, İsrail döyüş təyyarələrinin bu hücumu 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsdən sonra Beyruta edilən ilk bombardman idi.
Oksana