İsrail Beyrutun şəhər mərkəzini hədəfə aldı

İsrail Beyrutun şəhər mərkəzini hədəfə aldı
DÜNYA
11:49 19.11.2024
166
İsrail ordusu səhər saatlarında Livanın paytaxtı Beyrutun cənubundakı Dahiye bölgəsinə hava hücumu təşkil edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, hücum zamanı Dahiyənin Şiyə bölgəsində 4 mərtəbəli bina hədəf alınıb.

İsrail ordusunun silahlı pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirdiyi hücumdan sonra 4 mərtəbəli binanın uçduğu və çoxlu sayda insanın orta dərəcədə yaralandığı bildirilib.

İsrailin heç bir xəbərdarlıq edilmədən hücum etdiyi bölgədə axtarış-xilasetmə işləri tamamlanıb.

Qeyd edək ki, İsrail son iki gündə Beyrutun şəhər mərkəzində mülki şəxslərin yerləşdiyi üç fərqli bölgəyə heç bir təxliyyə xəbərdarlığı etmədən hava hücumu təşkil etmişdi.

Ras en-Neba, Mar İlyas və Əl-Balat küçələrinə edilən hücumlarda çox sayda insan həyatını itirib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR