İsrailin Qəzzanın Deyr əl-Belah bölgəsinə etdiyi hücumda beynəlxalq yardım təşkilatının işçiləri həyatını itirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 14 mindən çoxu uşaq və 9 mindən çoxu qadın olmaqla, 33 minə yaxın fələstinli həlak olub, 75 mindən çox insan isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxanalar, ibadət yerləri və təhsil ocaqları hədəfə alınıb, mülki infrastruktur da məhv edilib.
Fələstinin rəsmi agentliyi WAFA-nın yerli mənbələrə əsaslanan xəbərinə görə, İsrail qüvvələri Qəzzanın Deyr əl-Belah bölgəsinin qərbindəki sahil yolunda Birləşmiş Millətlər Təşkilatına məxsus avtomobili hədəfə alıb.
Hücumda beynəlxalq qida yardımı təşkilatı "World Central Kitchen”ın 5 əcnəbi işçisi həyatını itirib.
Gülay