İsrail döyüş təyyarələrinin Qəzzada insanların sığındığı Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) aid məktəbi vurduğu bildirilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA-nı məlumatında deyilib.
Belə ki, evlərini tərk etmək məcburiyyətində qalanların sığındığı UNRWA məktəbinə hücumda ölən və yaralananlar olub.
WAFA-nın başqa bir məlumatında isə İsrailin Xan Yunisin cənubundakı əl-Bəkri ailəsinin evini hədəfə aldığı hava hücumu nəticəsində 7-si uşaq olmaqla azı 9 nəfərin həyatını itirdiyi bildirilib.
Güclü bombardmanlar nəticəsində dağılan evin altında hələ də insanların olduğu bildirilib.
Digər tərəfdən, Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra nazirliyin rəsmi Facebook səhifəsində İsrailin Xan Yunus və Rəfah məntəqələrinə endirdiyi hava zərbələri nəticəsində çoxu uşaq və qadınların öldüyünü qeyd edib.
Rafahda hücumun baş verdiyi bölgədəki şahidlərin sözlərinə görə, İsrail döyüş təyyarələrinin hədəf aldığı iki evdə 20 nəfər ölüb.
Mikayıl