İsrail bu dəfə Suriyanı raket atəşinə tutdu, 8 hərbçi öldü

İsrail bu dəfə Suriyanı raket atəşinə tutdu, 8 hərbçi öldü
DÜNYA
10:44 25.10.2023
166
Fələstin-İsrail müharibəsinin bölgəyə yayılması ilə bağlı narahatlıqlar artdıqca, İsrail bu səhər yenidən Suriyanı hədəfə alıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi Sana məlumat yayıb.

Agentlik İsrailin bu səhər Suriya ordusunun Dəra şəhərindəki məntəqələrini vurduğunu açıqlayıb.
 
Xəbərdə hava hücumunda 8 Suriya əsgərinin həlak olduğu, 7 əsgərin yaralandığı bildirilib.

İsrail ordusundan verilən açıqlamada Suriya üzərindən İsrailə 2 raket atıldığı və raketlərə görə İsrailin işğalı altında olan Qolan təpələrində sirenlərin səsləndiyi bildirilib.

Açıqlamada hər iki raketin boş yerə düşdüyü, İsrail ordusunun raketlərin atıldığı ərazini artilleriya atəşi ilə vurduğu, daha sonra döyüş təyyarələrinin Suriya ordusunun hərbi infrastrukturunu və minaatan sistemlərini vurduğu bildirilib.

Qeyd edək ki, İsrail ötən həftə Dəməşq və Hələb hava limanlarına hava zərbələri endirilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR