İsrail bu şəhərdə hücumlarını genişləndirdi

İsrail bu şəhərdə hücumlarını genişləndirdi
DÜNYA
11:16 23.05.2024
115
İsrail dünən Cenin şəhərində və Cenin Qaçqınlar Düşərgəsində başladığı hücumları genişləndirərək hücumlarını davam etdirir.

AZXEBER.COM xəbər verir ki, İsrail ordusu İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin şəhəri və Cenin Qaçqınlar Düşərgəsinə dünən başlatdığı hücumları genişləndirib.

İsrail ordusunun əlavə qüvvələr göndərdiyi və hərbi buldozerlərlə infrastrukturu məhv etdiyi Cenin Qaçqınlar Düşərgəsində vaxtaşırı partlayışlar baş verir.

İsrail ordusunun dünən İordan çayının qərb sahilinin şimalında yerləşən Cenin şəhərinə və Cenin Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumlarda 8 fələstinli ölüb, 21 fələstinli isə yaralanıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR