İsrail ordusu Cibaliya Qaçqınlar Düşərgəsinin qərbində minlərlə köçkünün yaşadığı Əl-Fahura məktəbini bombalayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstinin Daxili İşlər Nazirliyindən açıqlama verilib.
"İşğal qüvvələrinin Cibaliya Qaçqınlar Düşərgəsinin qərbində minlərlə köçkünün yaşadığı Əl-Fahura məktəbini bombalaması nəticəsində çoxlu fələstinli ölüb və yaralanıb", - deyə açıqlama deyilib.
Nazirlik hələlik açıqlamasında ölən və yaralananların sayını açıqlamayıb.
Əl-Fahura məktəbinin hədəfi İsrailin blokadada olan Qəzzada mülki hədəflərə və infrastruktura hücumlarını gücləndirdiyi bir vaxta təsadüf edir.
İsrail ordusu son saatlarda Qəzzaya hücumlarında xəstəxanalara, ibadət yerlərinə və mülki yaşayış məntəqələrinə hücumlarını davam etdirib.
Mikayıl