İsrail əsgərləri 2 fələstinlini öldürdü

İsrail əsgərləri 2 fələstinlini öldürdü
DÜNYA
10:53 04.06.2024
112
 
İordan çayının qərb sahilində 2 fələstinlini öldürüb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA İsrail əsgərlərinin silahlı hücumu nəticəsində Tülkərəm Qaçqınlar Düşərgəsində yaşayan Abdulfettah Səlahəddin Cebere və Əhməd Mustafa Rəcəb adlı fələstinli gənclər həyatını itirdiyini bildirib.

Fələstin Qruplarının Tulkərəmdəki Koordinasiya Komitəsi hücumu pisləyib və şəhərdəki gənclər üçün matəm elan edib.

Şahidlər İsrail qüvvələrinin Tulkərəmin qərbindəki hərbi nəzarət məntəqəsində Fələstin avtomobilinə atəş açdığını və əsgərlərin hadisə yerinə həkim qruplarının gəlməsinə mane olduğunu bildiriblər.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail əsgərləri və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 527-yə yüksəlib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR