İsrail əsgərlərinin fotoları sosial mediada gündəm oldu - Qadın paltarı geyinərək...

DÜNYA
13:19 31.10.2024
171
İsrail və Livan arasında münaqişələr davam edərkən, yeni qalmaqallar da üzə çıxmağa davam edir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail əsgərlərinin fotosu sosial mediada sürətlə yayılıb.

İsrail ordusunun əsgərləri köçkün livanlı qadınların paltarlarını geyinərək kameralara tuş gəlib. Fotoya minlərlə istifadəçi reaksiya verib.

Digər tərəfdən, bölgədə atəşkəsdən danışılarkən İsrail ordusu dünən Livanın Baalbek şəhəri və ətraf kəndləri vurub. İsrailin həyata keçirdiyi hücumlarda 8-i qadın olmaqla 19 nəfər həyatını itirib.
 
Gülay

OXŞAR XƏBƏRLƏR