İsrail evləri və çadırları hədəf aldı: 12 fələstinli həlak oldu

İsrail evləri və çadırları hədəf aldı: 12 fələstinli həlak oldu
DÜNYA
12:33 01.08.2025
226
İsrail ordusunun QƏZZA zolağında mülki ərazilərə hücumu nəticəsində azı 12 fələstinli ölüb, çox sayda insan yaralanıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Xan Yunisdə İsrail PUA-sı yerindən edilənlərin qaldığı çadırı vurub, 4 nəfər ölüb, 4 nəfər yaralanıb.
 
Taberiya stansiyası yaxınlığında daha bir çadıra edilən hücumda bir qadın həyatını itirib.

Şəhərin cənubunda yardım gözləyən insanlara atəş açılıb. 3 nəfər ölüb, 73 nəfər yaralanıb.

Deyr əl-Bələh şəhərində isə mülki avtomobil hədəf alınıb, nəticədə 4 fələstinli ölüb.
 
Oksana









Ask ChatGPT

OXŞAR XƏBƏRLƏR