İsrail-Fələstin müharibəsində yenilik: Bu ölkəyə döyüş gəmiləri göndərirlər

İsrail-Fələstin müharibəsində yenilik: Bu ölkəyə döyüş gəmiləri göndərirlər
DÜNYA
12:18 13.10.2023
232
HƏMAS-ın İsrail ərazisinə hücumları böyük regional müharibə ilə bağlı narahatlıqları artırsa da, Qərb ölkələrindən İsrailə dəstək artır.

AZXEBER.COM xəbər verir ki, HƏMAS-ın İsrailə basqını Yaxın Şərqi yeni müharibəyə sürükləsə də, ABŞ və Böyük Britaniya İsrailə dəstək üçün Şərqi Aralıq dənizinə hərbi gəmilər göndərmək qərarına gəliblər.

BBC-nin məlumatına görə, İngiltərə Baş Nazirlik Ofisi İsrailə dəstək məqsədilə Şərqi Aralıq dənizinə müşahidə təyyarəsi və iki Kral Hərbi Dəniz Qüvvələri gəmisinin göndəriləcəyini açıqlayıb. 

Bildirilib ki, müşahidə təyyarələri terrorçu qruplara silahların ötürülməsi kimi regional sabitliyə təhlükələrin monitorinqi məqsədilə cümə günü patrul xidmətinə başlayacaq.

Müşahidə təyyarələri ilə yanaşı, helikopterlər, P8 dəniz patrul təyyarəsi və dəniz bölməsi də bölgəyə göndəriləcək. Baş nazirin ofisi qeyd edib ki, Britaniya Silahlı Qüvvələri İsrail və onun regiondakı müttəfiqlərinə faktiki dəstək, çəkindirmə və təminat vermək üçün bölgədə olacaq.

Ayşən
OXŞAR XƏBƏRLƏR