İsrail ordusu yenidən İordan çayının qərbində əməliyyat keçirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Əl-Həlil bələdiyyə sədri Taysir Əbu Sünnə həbs edilib.
Məlumata görə, basqın nəticəsində müxtəlif əşyalar məhv edilib və külli miqdarda ziyan dəyib.
Bələdiyyə Şurası bu həbsin Əl-Həlil bələdiyyəsinin demokratik iradəsinə birbaşa hücum olduğunu vurğulayaraq, beynəlxalq təşkilatları məsələyə müdaxilə etməyə çağırıb.
Baş nazir Benyamin Netanyahu Əl-Həlili Fələstin Muxtariyyətindən ayırmaq və yerli sakinlərə üstünlük verəcək ayrıca əmirlik yaratmaq variantını nəzərdən keçirir.
Onun bu gün hökumətin iclasını keçirəcəyi və bu məsələ barədə qərar verəcəyi gözlənilir.
Mikayıl