İsrail Fələstindəki qaçqın düşərgəsini atəşə tutdu: 5 nəfər öldü

İsrail Fələstindəki qaçqın düşərgəsini atəşə tutdu: 5 nəfər öldü
DÜNYA
11:22 20.09.2023
66
İsrail Fələstindəki qaçqın düşərgələrinə basqınlar zamanı 5 mülki şəxsi öldürüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb.

İsrail qüvvələrinin dünən axşam saatlarında Cenin Qaçqınlar Düşərgəsinə basqını zamanı baş verən qarşıdurmada yaralanan daha bir nəfər həyatını itirib.

Fələstin Səhiyyə Nazirliyindən əvvəlki açıqlamada İsrail qüvvələrinin Cenin Qaçqınlar Düşərgəsinə basqın zamanı 3 fələstinlini öldürdüyü, 30 fələstinlinin isə müxtəlif dərəcələrdə yaralandığı bildirilib.

Dünən axşam saatlarından etibarən İsrail qüvvələrinin Cenin və Aqabat-u Cabr qaçqın düşərgələrində həyata keçirdiyi basqınlar zamanı açılan atəş nəticəsində həyatını itirən fələstinlilərin sayı 5-ə yüksəlib.
 
Cenin Qaçqınlar Düşərgəsi son illərdə İsrail ordusunun hədəfinə çevrilib.

Fələstin siyasi arenasında yarışan Fəth, HƏMAS və İslami Cihad kimi qruplaşmaların silahlı qanadlarının Cenində vahid çətir altında birgə hərəkət etdiyi məlumdur.

Qeyd edək ki, İsrail qüvvələrinin təxminən 48 saat davam edən şiddətli hava və quru hücumlarında 4-ü uşaq olmaqla 12 fələstinli həlak olub, 20-si ağır olmaqla 120-yə yaxın adam yaralanıb. Təxminən 150 min fələstinli qaçqının yaşadığı düşərgənin infrastrukturuna ciddi ziyan dəyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR