İsrail ordusu Qəzzada minlərlə insanın sığındığı Qüds xəstəxanasını bombalamaqla hədələyir.
AZXEBER.COM xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Belə ki, İsrail döyüş təyyarələri gecə boyu blokada altındakı Qüds Xəstəxanası ətrafındakı əraziləri bombalayıb.
Fələstin Qızıl Aypara Cəmiyyəti öz bəyanatında İsrail rəsmilərinin Qüds xəstəxanasını bombalamaqla hədələdiyini və dərhal boşaldılmasını tələb etdiyini açıqlayıb.
Açıqlamada Qəzzanın Tel əl-Heva bölgəsindəki Qüds xəstəxanasının tibb işçiləri və oraya sığınan mülki vətəndaşların xəstəxananı tərk etmələrini istəyən İsrail hərbi qüvvələrinin xəstəxana ətrafını qəsdən bombaladığı və zərər çəkdiyi bildirilib.
Verilən açıqlamaya əsasən, Qüds xəstəxanasının təhlükəsiz olduğu səbəbi ilə 12 min adamın sığındığı, xəstə və yaralıların da olduğu təxminən 800 adamın xəstəxanada müalicə aldığı qeyd edilib.
Mikayıl