İsrail fələstinlilərin vergilərini növbəti dəfə müsadirə edir

İsrail fələstinlilərin vergilərini növbəti dəfə müsadirə edir
DÜNYA
13:54 12.06.2024
116
İsrailin bu hərəkəti növbəti qalmaqalın təməlini qoyub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, sağçı maliyyə naziri Bezalel Smotrich fələstinlilərin haqqı olan vergi fondunu azaltmaq qərarına gəlib.

35 milyon dollar nəzərəd tutulan pul müharibədə həlak olan israillilərin ailələrinə köçürüləcək.

İsrail iki ilə yaxındır ki, Fələstinin vergi fondlarını kəsir. Bu təcrübə 7 oktyabr hücumlarından sonra daha da sürətlənib.

Qeyd edək ki, keçən ilin noyabrında İsrail Nazirlər Şurası Fələstin hökuməti adından toplanan vergi fondundan Qəzza və fələstinli məhbuslara ayrılan məbləğin azaldılmasına qərar verib.

Gülay
OXŞAR XƏBƏRLƏR