Fələstinli Əsirlər Dərnəyi "5 Aprel Fələstinli Uşaqları Müdafiə Günü” münasibəti ilə yazılı açıqlama yayıb.
AZXEBER.COM xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi İsrail həbsxanalarında 200 fələstinli uşağın olduğunu açıqlayıb.
Açıqlamada, "İsrailin Megido həbsxanasında Qəzzada saxlanılanlar da daxil olmaqla, ümumilikdə 200 fələstinli uşaq var. Onlardan 23-nün Qəzza zolağında saxlanılır. İsrail 2023-cü il oktyabrın 7-dən bu yana ən azı 500 fələstinli uşağı həbs edib və real rəqəm daha çox ola bilər".
Fələstinli Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyətinin dünən verdiyi ortaq açıqlamada, oktyabrın 7-dən bu yana işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 8 min 30 fələstinlinin nəzarətə alındığı bildirilib.
Gülay