İsrail HƏMAS-ın kiber qoşun bölməsinin üç üzvünü zərərsizləşdirib

İsrail HƏMAS-ın kiber qoşun bölməsinin üç üzvünü zərərsizləşdirib
DÜNYA
23:39 19.05.2021
596
İsrailin Hərbi Hava Qüvvələrinin qırıcıları HƏMAS-ın kiber bölməsinin üç üzvünün olduğu qərargaha zərbə endirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.

"İsrailin Müdafiə Ordusu və ordunun hərbi kəşfiyyatı Qəzzada HƏMAS-ın operativ sığınacağında olan üç döyüşçünü zərərsizləşdirib. Hədəfə İsrailin Hərbi Hava Qüvvələrinin qırıcıları tərəfindən zərbə endirilib", - hərbçilərin xəbərində deyilir.

Hərbçilər qeyd ediblər ki, qərargah İsrailə qarşı kiberhücumlar üçün istifadə olunub.

Qeyd edək ki, İsrailin və Qəzza sektorunun sərhədində vəziyyət mayın 10-da axşam daha da gərginləşib.

OXŞAR XƏBƏRLƏR