İsrail hərbçiləri son gün ərzində Qəzza zolağında HƏMAS-ın 300-dən artıq obyektinə zərbə endirib.
Məlumatı İsrail Müdafiə Ordusu yayıb.
Məlumata görə, Hərbi Hava Qüvvələri ilə yanaşı İsrail ordusu qurudan da hücumları davam etdirib. Bildirilib ki, onlar HƏMAS-ın yeraltı obyektlərini dağıdıb və anklavın şimalındakı bir neçə terror yuvalarına, o cümlədən qruplaşmanın müşahidə məntəqəsinə, bir sıra terrorçu hücrələrə hücum ediblər.