İsrail ordusu Livandan uçan "şübhəli hava obyektini" uğurla ələ keçirib və Livandakı "Hizbullah" hədəflərinə yeni hücumlar həyata keçirib.
AZXEBER.COM Trend-ə istinadən məlumat verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, İsrailin hava hücumundan müdafiə qüvvələri Livan ərazisində şübhəli hava hədəfini uğurla vurub. Bu hədəfin İsrail ərazisinə doğru yönəldiyi ehtimal edilir.
Mətbuat xidməti həmçinin qeyd edib ki, bu gün səhər saatlarında İsrail Müdafiə Qüvvələrinin qırıcıları Livanda "Hizbullah"la əlaqəli bir neçə hədəfə hücumlar həyata keçirib. Hücumların Blida və Marvahina bölgələrində "Hizbullah" üzvlərinin istifadə etdiyi hərbi məntəqə və kompleksə zərbələr endirdiyi bildirilib. Ait əş-Şaab bölgəsində terrorçuların infrastrukturuna da zərbələr endirilib.