İsrail hərbçiləri oktyabrın 7-dən saxlanılan HƏMAS yaraqlılarının sayını açıqlayıb.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti öz teleqram kanalında məlumat yayıb.
Qeyd olunub ki, müharibə başlayandan indiyədək axtarışda olan 1350-dən çox şəxs həbs edilib, onlardan 850-dən çoxu HƏMAS terror təşkilatı ilə əlaqəlidir.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan "İzzəddin əl-Kassam” briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət kəskinləşib.
İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.