İsrail “Hizbullah”ın PUA-sını vurub

İsrail “Hizbullah”ın PUA-sını vurub
DÜNYA
19:37 17.05.2022
401
İsrail Ordusu "Hizbullah"ın pilotsuz uçuş aparatını zərərsizləşdirib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu İsrail Ordusu tviterdə açıqlayıb.

"İsrail ordusu Livandan İsrailin hava məkanına daxil olan "Hizbullah" terror təşkilatına məxsus uçuş aparatını aşkar edərək vurub", - İsrail Ordusu bildirib.

Qeyd edək ki, Livanın İran dəstəkli hərbiləşmiş təşkilatı və siyasi partiyası "Hizbullah" dünyanın bir sıra ölkəsində terror təşkilatı kimi tanınır.
OXŞAR XƏBƏRLƏR