İsrail ordusu Livanın cənubuna yeni zərbə endirib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat Xidməti məlumat yayıb.
Zərbənin hədəfi Nəbatiya şəhəri ərazisində yerləşən "Hizbullah" hərəkatının silahlı qanadının qərargahı olub.
İsrail tərəfinin versiyasına görə, qərargahın bu ərazidə olması İsrail və Livan arasındakı atəşkəs razılaşmasının pozulmasıdır.