İsrailin Baş naziri Binyamin Netanyahunun döyüş kabinetində olan və Fələstində dinc əhaliyə terror edən Benny Qants haqqında yeni iddia irəli sürülüb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, beynəlxalq qanunlara məhəl qoymayaraq günahsız insanları qətlə yetirən İsrail Baş naziri Benyamin Netanyahunun döyüş kabinetində böyük dəyişiklik baş verəcək.
Belə ki, İsraildə yerləşən "Channel 12" media orqanı İsrailin döyüş kabinetinin üzvü Benni Qantsın bir neçə gün ərzində Netanyahu hökumətini tərk edəcəyini iddia edib.
Qeyd edək ki, bu ayın əvvəlində Qants Netanyahu Qəzza ilə bağlı müharibədən sonrakı planı ortaya qoymasa, İsrailin koalisiya hökumətini tərk edəcəyi ilə hədələyib.
Sorğunun nəticələrinə görə, Netanyahunun baş nazirlik üçün ictimaiyyətin üstünlük verdiyi ad olaraq Qantsı geridə qoyduğu ortaya çıxıb.
Ötən ildə ilk dəfə o, hazırkı Baş nazir Qantsdan daha yüksək səs toplayıb.
Mikayıl