İsrail ordusunun mayın 27-dən etibarən İsrail-ABŞ rəhbərliyindəki "Qəzzəyə Humanitar Yardım Fondu”nun humanitar yardım adı altında qurduğu paylama məntəqələrində aclıqla mübarizə aparan fələstinliləri hədəf alan hücumlarda 102 nəfərin öldüyü bildirilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi açıqlama verib.
Açıqlamada, 490 nəfərin yaralandığı bildirilib.
Qeyd edək ki, bu gün Qəzzanın cənubunda yerləşən Rəfahda İsrail-ABŞ rəhbərliyindəki humanitar yardım mərkəzinin yaxınlığında İsrail ordusunun "qəsdən törətdiyi dəhşətli qətliam”da 27 fələstinlinin həyatını itirdiyi, 90-dan çoxunun isə yaralandığı xatırladılıb.
Oksana