İsrail ilk dəfə buna icazə verdi: Qəzzaya humanitar yardımlar göndərilir

İsrail ilk dəfə buna icazə verdi: Qəzzaya humanitar yardımlar göndərilir
DÜNYA
11:07 18.12.2023
131
 
İsrail ilk dəfə birbaşa yardımın Kerem Şalom Sərhəd Qapısı vasitəsilə Qəzza zolağına daxil olmasına icazə verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının humanitar yardım maşınlarının İsraildən Qəzzaya daxil olmasına dünəndən start verilib.

İsrail Müdafiə Nazirliyinə bağlı olan və beynəlxalq təşkilatlar, diplomatlar və Fələstin administrasiyası arasında sivil hadisələri koordinasiya edən Hökumət Fəaliyyətləri Koordinasiya Birliyinin (COGAT) verdiyi açıqlamada İsrailin Qəzza zolağına səfər etdiyi bildirilib.
 
"ABŞ-lə əldə etdiyimiz razılaşmaya əsasən, bu gündən etibarən BMT-nin yardım yük maşınları təhlükəsizlik yoxlanılacaq və Kerem Şalom vasitəsilə birbaşa Qəzzaya daşınacaq. Bu, Qəzzaya daxil olan və xalqa çatdırılan humanitar yardımın gündəlik həcmini artıracaq", - deyə açıqlamada deyilib.

Qeyd edək ki, Kerem Şalom Sərhəd Qapısı açılmamışdan əvvəl İsraildən birbaşa yardımın Qəzza zolağına daxil olmasına icazə verilmədiyi halda, yardım İsrail ilə Misir arasındakı Nitzana Sərhəd Qapısında İsrail rəsmiləri tərəfindən yoxlanıldıqdan sonra Rəfah Sərhəd Qapısından keçərək Qəzza zolağına daxil olurdu.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR