İsrail İordan çayı yaxınlığında avtomobili bombaladı: Ölən və yaralananlar var

İsrail İordan çayı yaxınlığında avtomobili bombaladı: Ölən və yaralananlar var
DÜNYA
12:06 17.01.2024
151
İsrail qüvvələri İordan çayının qərb sahilində PUA-lı bir avtomobili vurub.
    
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində bir avtomobili bombalaması nəticəsində ölən və yaralananların olduğu bildirilib.
 
İsrailin pilotsuz uçuş aparatı (PUA) Nablusun şərqindəki Balata Qaçqınlar Düşərgəsi yaxınlığında bir avtomobili vurub.
 
İsrail qüvvələrinin qrupların müdaxiləsinə imkan vermədiyi və avtomobilin partlayaraq alovlandığı bildirilib.

Avtomobildə olan fələstinlilər arasında ölən və yaralananların olduğu qeyd edilib.
 
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada İsrail qüvvələrinin bölgədən çəkilməsindən sonra bir fələstinlinin cəsədinin tapıldığı bildirilib.
 
Açıqlamada, İsrail qüvvələrinin bölgədən çəkilməzdən əvvəl vurulan avtomobildə bəzi fələstinlilərin cəsədlərini apardığı bildirilib.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR