İsrail son 24 saat ərzində işğal altındakı İordan çayının qərb sahilində 25 fələstinlini saxlayıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyətinin birgə bəyanatında deyilir.
Bildirilib ki, İsrail əsgərləri fələstinlilərin evlərinə basqın edərək dağıdıb və həbs zamanı zorakılıq tətbiq ediblər.
7 oktyabr 2023-cü il tarixindən etibarən işğal altındakı İordan çayının qərb sahilində İsrail tərəfindən nəzarətə alınan fələstinlilərin sayı 8 min 935-ə yüksəlib.
Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail əsgərləri və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 519 fələstinli həyatını itirib.
Mikayıl