İsrail-İran arasındakı gərginliklə bağlı Türkiyədən AÇIQLAMA

İsrail-İran arasındakı gərginliklə bağlı Türkiyədən AÇIQLAMA
DÜNYA
14:05 19.04.2024
130
Türkiyə Xarici İşlər Nazirliyi İsraillə İran arasında yaşanan gərginliklə bağlı açıqlama verib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, yazılı açıqlamada deyilir: 
 
"İsrailin Dəməşqdəki İran səfirliyinə hücumu ilə başlayan gərginliyin, beynəlxalq hüquqa zidd olaraq, son hadisələrdən sonra qalıcı qarşıdurmaya çevrilməsi riski var. Hadisələri yaxından izləyən bütün tərəflər daha böyük bir münaqişəyə səbəb ola biləcək addımlardan xəbərdardırlar. Beynəlxalq ictimaiyyətin prioriteti Qəzzada qətliamın dayandırılması və Fələstin dövlətinin qurulması və bölgəmizdə daimi sülhün təmin edilməsi olmalıdır”.

Qeyd edək ki, ötən gecə İran mediası İranın Hərbi Hava Qüvvələrinin bazasına ev sahibliyi edən İsfahan vilayətinin şimal-şərqində partlayış səslərinin eşidildiyini açıqlayıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR