İsrail, İran, Hizbullah... Hansı ordu daha güclüdür?

İsrail, İran, Hizbullah... Hansı ordu daha güclüdür?
DÜNYA
11:01 26.10.2023
229
Dünya Yaxın Şərqdə müharibənin genişlənməsindən narahat olarkən, gərginliyin tərəfləri olan İsrail, İran və Livan Hizbullahının hərbi potensialı diqqət mərkəzinə gəlib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İran hərbiləşdirilmiş qüvvələri ilə, İsrail hərbi texnologiyası ilə, Hizbullah isə yeni raketləri ilə dünyada seçilir.

İsrailin Qəzzaya amansız hücumlarına qarşı İran və Livan Hizbullahından yüksələn səslər müharibənin bölgə ölkələrinə də sirayət etmə ehtimalına işarə edir. Aralıq dənizinə gedən ABŞ gəmilərinin İsraili İran və Hizbullahın hücumlarından qorumaq vəzifəsini üzərinə götürdüyü bildirilsə də, beynəlxalq ictimaiyyət müharibə astanasında olan ölkələrin hərbi potensialı ilə maraqlanır.

Münhen Təhlükəsizlik Hesabatında sözügedən ölkələrin hərbi potensialına dair cari məlumatlar yer alır.

Son zamanlar ordusunu müasirləşdirən İran 520 mindən çox aktiv şəxsi heyəti ilə regionun ən güclü ordularından biridir. İranı bölgədə güclü edən digər amil isə səfərbər etdiyi hərbiləşdirilmiş strukturlardır.

 

İranın nüvə proqramı da ölkənin hərbi potensialını artıran mühüm elementdir. Bununla belə, nüvə fəaliyyətləri ilə bağlı şəffaf olmayan İranda nüvə silahının olması ilə bağlı qəti məlumat yoxdur.
 
Sözügedən hesabatda İranın quru gücü haqqında məlumat verilir. Müvafiq olaraq, İran Quru Qoşunlarının tərkibində Rusiyanın T-90 tanklarından, Çinin ZTZ-99 tanklarından və ABŞ-ın M60 Patton tanklarından ibarət tank bölmələri var. İran da özünün "Zülfiqar-3” tanklarından istifadə edir. Bundan başqa, quru qoşunlarına artilleriya, hava hücumundan müdafiə və piyada elementləri də daxildir. Bildirilir ki, İranın 1650 tankı, 2215 zirehli döyüş maşını və 2188 yedəkli artilleriyası var.
 
İsrail Ordusu tam səfərbər olduqdan sonra 631 min əsgərdən döyüşdə istifadə edə bilər. 3930 tankı olan İsrail onların 1400-ünü yerli istehsalla təmin edir. İsrailin həmçinin 10185 zirehli texnikası, 650 özüyeriyən silahı, 300 yedəkli artilleriya qurğusu, 48 reaktiv yaylım atəşi sistemi var.
 

 

İsrail Hərbi Hava Qüvvələrində 400-dən çox döyüş təyyarəsi var. Bu təyyarələrdən 280-i F-35 döyüş təyyarələridir. İsrail dünyanın altıncı nüvə dövləti sayılsa da, onun arsenalında 100-300 nüvə başlığı olduğu təxmin edilir. İsrail Hərbi Dəniz Qüvvələrinin də 60-dan çox gəmisi var. İsrail Hərbi Dəniz Qüvvələrinə 8000 korvert, 6 sualtı qayıq, 8 hücum kateri və 46 sahil mühafizə kateri daxildir.

Bölgədə nüvə silahı gücünə malik yeganə ölkə olan İsrail orta mənzilli raketlərdən və raketdən müdafiə silahlarından istifadə edir. ABŞ ən müasir silahlarını yalnız İsrailə verir. İsrail həmçinin robot silah texnologiyalarına və pilotsuz uçuş aparatlarına böyük sərmayə qoyur. Pilotsuz uçuş aparatları sahəsində dünyanın ilk 4 ölkəsi arasında sayılan İsrail bu sahədə bir çox ölkəyə ixrac edir.
 

 

Son təhlillərə görə, quru qüvvələrini 100 min nəfərə çatdırdığı deyilən Livan Hizbullahı xüsusilə İrandan dəstək alır. İsrail təhlükəsizlik rəsmilərinin sözlərinə görə, bu gün təşkilatda 100 mindən çox raket var. Qeyd olunub ki, analoji mənzilli və 600 km döyüş qabiliyyətinə malik "Zilzal-2” raketi mövcuddur.

Mikayıl
OXŞAR XƏBƏRLƏR