İsrail-İran münasibətlərinin nəticəsi necə yekunlaşa bilər? - Ekspertlərdən maraqlı şərhlər

SİYASƏT
14:47 03.10.2024
1580
İsrailin uzun müddətdir Livanın cənubunu raket zərbələrinə tutması, o cümlədən Fələstinlə qalmaqda olan ixtilafları Yaxın Şərqdə mövcud vəziyyəti daha da kritikləşdirməkdədir.
 
Belə ki, İran da son günlər İsraillə münasibətlərini neqativ versiyaya çevirib.
 
Hətta ötən günlərdə İrandan İsrailin paytaxtı Təl-Əvivə raketlər atılıb. Bu cür təhdidlər qarşısında isə İsrailin səssiz qalmayacağı güman edilir.
 
Bəs, görəsən getdikcə arealı genişlənən və şiddətlənən İsrail-İran münasibətlərinin nəticəsi necə yekunlaşa bilər?
 
Mövzuyla bağlı AZXEBER.COM-a açıqlama verən "Sosial Tədqiqatlar Mərkəzi"nin (STM) mətbuat katibi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, İsraillə İran arasında münaqişənin yekunu Livanın cənubunun işğal edilməsiylə bitə bilər:
 

 
"Hadisələrin yekunu Livanın cənubunun işğal edilməsiylə yekunlaşacaq. Yəqin ki, bu tezliklə reallaşacaq. Bu ərazidə 2 milyon fələstinli yaşayır. İranın maliyyələşdirdiyi "Hizbullah" təşkilatı da Livanda məskunlaşır. Münaqişənin arealının böyüməsində iştirakçıların sayının artması böyük rol oynayır. Biz buna siyasətdə aktorlar deyirik. Müəyyən mənada, HƏMAS-ın, Husilərin, SEPAH-ın idarə etdiyi digər qruplaşmaların müharibəyə cəlb olunması nəticəsində müharibənin miqyası böyüyəcək. Şübhəsiz ki, bizi qarşıda İsrailin həm İranın nüvə obyektlərinə zərbə endirməsi, həm də hərbi bazalarını vurması gözləyir. Lakin bütün hallarda sözügedən proseslərin önəmli tərəfi odur ki, bu münaqişə İsrail və İranı daha çox İslam və Ərəb dünyası üzərində planlaşdırılmış parçalama və birlikdə idarəetmə təəssüratını yaradır. Məncə, bu proses Livandan sonra daha da maştabını böyüdəcək".
 
Məsələyə geopolitik müstəvidə yanaşan AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı AZXEBER.COM-a açıqlamasında deyib ki, ehtimal edilən İsrail və İran arasındakı savaşın müddəti heç bir neçə gün çəkməz:

 

"Yaxın Şərq daim alov içərisindədir. Burada da başlıca ölkələr var ki, onların da sırasında hazırda üz-üzə dayanan İran və İsrail öndə gəlir. İndiki savaşın arealı çoxmu böyüyəcək? Düşünürəm ki, xeyr. Hətta bu müharibənin bir neçə gün sürəcəyini də zənn etmirəm. Bunun da bir səbəbi var. ABŞ başda olmaqla, Qərb koalisiyası Rusiya-Ukrayna savaşının arxa plana keçməsini istəmir. Çünki, bu müharibə arxa plana keçərsə, bir də görərlər ki, Ukraynanın Rusiya qarşısında dirənişi getdikcə tükənməkdədir. Bu da Qərb koalisiyasının məqsədinə çatmaması anlamına gəlir. Rusiya da İran-İsrail savaşının əhatə dairəsinin təbii ki, genişlənməsinin tərəfdarıdır. Bununla bir növ nəfəs almış olacaq. Əslində deyərdim ki, bu savaş İran-İsrail savaşından daha çox Amerika-Rusiya diplomatik savaşı kimi görünür".

Politoloq İranın bu münaribəyə təhrik olunduğunu düşünür:
 
"Qasım Süleymaninin öldürülməsindən sonra bu müharibə hər an gözlənilirdi. O zaman cənub qonşumuz sadəcə imitasiya xarakterli açıqlamalar verdi və bir növ simasını bu cür qorumağa çalışdı. Amma bunu bacardımı? Xeyr. Dövlət nüfuzuna ciddi zərbələr dəydi. İranın artıq "səbir taşasını daşıran son damla" isə, prezidentin andiçmə mərasiminə gələn İsmayıl Haniyənin, son olaraq da Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsi oldu. Hansı dövlət olursa-olsun, buna cavab verməli idi. İranın cavabı yetərlidirmi? Xeyr. Sadəcə dövlət imicini bu dəfə də bu cür yollarla qorumağa çalışır. İsrail tərəfi mesajını aldımı? Düşünürəm ki, bəli. İranın elə də küçümsənən ölkə olmadığı göründü. İsrailə atılan 200-ə yaxın raketin yarıdan çoxunun hədəflərə düşməsi bunun bariz sübutu oldu. Sadəcə İran böyük savaşa girmək istəmir və bundan deyərdim ki, yayınır. Çünki, ona qarşı Rusiyaya qarşı birləşən koalisiyanın işbaşına keçəcəyini yaxşı bilir. Həm də uzun illərdir ki, sanksiyalar tətbiq olunan İran indiki vaxtda belə bir müharibəyə də hazır deyil”.

C.Abbaslı Azərbaycan üçün də bu savaşın olduğu təqdirdə nəticələrini izah edib:
 
"Azərbaycan bu müharibənin əhatə dairəsinin genişlənməsini heç bir halda arzulamaz. Regionumuzda savaşın olması bizim üçün də müəyyən təhlükələrə yol açar, sabitlik pozula bilər. Digər tərəfdən, cənub qonşumuzun ciddi zərbələr alması, yaxud da parçalanması region üçün xeyirli olmaz. Doğrudur, İran daim ermənipərəst mövqeyi ilə Azərbaycan tərəfdə narazılıq yaradıb. Amma unutmaq olmaz ki, bu ölkə regionun əsas güclərindən biridir və onun sıradan çıxarılması Qərb koalisiyasının bu regionda yerləşməsinə səbəb olar ki, bu da bizlərə sərf etmir. Bir də unutmayaq ki, ortada Cənubi Azərbaycan faktoru da var”.
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib

19:22 06.02.2025

Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib