İsrail İranı nüvə silahı hazırlamaqda ittiham etdi

DÜNYA
12:30 12.10.2013
1016
İsrailin baş naziri Benyamin Netanyahu, İranın həyata keçirdiyi atom sistemi layihəsinə görə Şimali Koreyadan daha təhlükəli olduğunu bildirib.AZXEBER.COM-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Netanyahu Almaniyanın "Frankfurter Allgemeine Zeitung" qəzetinə verdiyi müsahibəsində, ​​İranın atom bombası hazırlamaması ilə bağlı səsləndirilən iddialara inanmamağı məsləhət görüb.Onun sözlərinə görə, dünyada nüvə silahı hazırlamayacağını bəyan edən və buna görə təriflənən Şimali Koreya nümunəsi mövcuddur: "Rəsmi Pxenyan bununla bağlı beynəlxalq təşkilatlarla müqavilə bağladıqdan bir il sonra nüvə silahı hazırladı. Bu oyunun İranda təkrarlanmasına icazə verməməliyik. İran Şimali Koreyadan 50 qat daha təhlükəlidir".

OXŞAR XƏBƏRLƏR