İsrailin xarici işlər naziri İsrael Kats bu ölkənin İspaniyadakı səfirinin məsləhətləşmələr üçün geri çağırılmasına göstəriş verib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Ynet” portalı məlumat yayıb.
Bu, İspaniyanın Baş naziri Pedro Sançesin mayın 28-də krallığın Fələstinin dövlətçiliyini tanımaq niyyətində olduğunu bəyan etməsindən sonra baş verib.