İsrailin İspaniyanın işğal altındakı Şərqi Qüdsdəki konsulluğuna qoyulan məhdudiyyətləri aradan qaldırmaq tələbi rədd edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrailin xarici işlər naziri Yisrael Katz sosial media hesabından bununla bağlı açıqlama verib.
Katz İspaniyanın xarici işlər naziri Manuel Albaresin Şərqi Qüdsdəki İspaniya konsulluğuna qoyulan məhdudiyyətlərin aradan qaldırılması tələbini rədd etdiyini bildirib.
İspaniyanın Şərqi Qüdsdəki konsulluğu ilə işğal altındakı İordan çayının qərb sahilində yaşayan fələstinlilər arasındakı əlaqənin "İsrailin milli təhlükəsizliyinə təhdid" olacağını iddia edən Katz bunun tamamilə qadağan ediləcəyini qeyd edib.
Qeyd edək ki, İsrail Xarici İşlər Nazirliyi Fələstin dövlətini tanıyacağını elan etdikdən sonra İspaniyanın Şərqi Qüdsdəki konsulluğundan iyunun 1-dən etibarən İordan çayının qərb sahilində yaşayan fələstinlilərə xidmətin dayandırılmasını istəyib.
Gülay