İsraildə mayor rütbəli məmur HƏMAS hücumunda uğursuzluğa düçar olduğu üçün istefa vermək qərarına gəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail Ordusunun kəşfiyyat zabiti İsrailə qarşı hücumlardakı zəifliklərə görə vəzifəsindən istefa verib.
İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, mayor rütbəli hərbi kəşfiyyatçı oktyabrın 7-də Həmas hücumunda uğursuzluğa düçar olduğu üçün istefa verən ilk məmur olub.
Xəbərdə Fələstinli qrupların oktyabrın 7-də həyata keçirdiyi hücumlarla bağlı kəşfiyyat uğursuzluğuna görə ilk istefanın daha yüksək rütbələrdəki istefalara yol aça biləcəyi qeyd edilib.
Ayşən