İsrail kəşfiyyatının ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumların Tehranın nüvə proqramını tamamilə məhv etməyə müvəffəq olmadığını, əksinə onu bir neçə il geriyə saldığını qiymətləndirdiyi iddia edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İsrail rəsmisi ABŞ və İsrailin İrana hücumları ilə bağlı Təl-Əvivdə aparılan kəşfiyyat qiymətləndirməsi ilə bağlı açıqlamalar verib.
Təl-Əvivdəki kəşfiyyat qiymətləndirməsinin İranın nüvə proqramının tam məhv edilmədiyinə işarə etdiyini bildirən İsrail rəsmisi, İsrailin 12 günlük hücumları, həmçinin ABŞ-nin Fordo, Natanz və İsfahan nüvə obyektlərini hədəf almasının Tehranın nüvə proqramının yalnız bir neçə il geri çəkildiyini göstərdiyini iddia edib.
İsrail rəsmisi nüvə obyektlərinə və hərbi infrastruktura hücumların Tehran hökumətinin "uranın zənginləşdirilməsi təşəbbüsünü" yenidən başlatmasına qarşı çəkindirici rol oynayacağını iddia edib.
Rəsmi həmçinin Vaşinqton və Tehran hökumətləri arasında danışıqlar yolu ilə əldə edilə bilməyən bir nəticənin İrana hücumlarla mümkün olduğunu müdafiə edib.
İsrail Baş Qərargah rəisi Eyal Zamir atəşkəsdən saatlar sonra verdiyi açıqlamada, "İranın nüvə layihəsini illərdir geri çəkdik və eyni şey onun raket proqramı üçün də keçərlidir" dedi.
Gülay