İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzza sektorunda atəşkəs təklifini qəbul edib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Ynet portalının yaydığı məlumatda qeyd olunub ki, Benyamin Netanyahu Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların ailələri ilə görüşdə bildirib ki, dövləti ABŞ prezidentinin nümayəndəsi Stiv Uitkoffun anklavda atəşkəs və girovların azad edilməsi ilə bağlı yeni planı qəbul edir.
"İsrail yeni Vitkoff planını qəbul edir", deyə Ynet portalı Netanyahunun bəyanatından sitat gətirib.
Yüksək rütbəli bir İsrail rəsmisi portala bildirib ki, yayılan məlumatların əksinə olaraq, son günlər irəli sürülən nizamlanma təklifi "İsrail qüvvələrinin Qəzza zolağında yerləşdirilməsi üçün yeni xətt müəyyən etmir” və "atəşkəs çərçivəsində Qəzza zolağına humanitar yardımın paylanması qaydasını” müəyyən etmir.