İsrailin ən nüfuzlu media orqanlarından biri olan "The Times of Israel”in saytında yer alan məqalədə baş nazir Benyamin Netanyahunun prezident Ərdoğanla görüşmək istədiyi yazılıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Netanyahunun Ərdoğanla şəkil çəkdirərək diplomatik uğur imici axtardığı deyililərkən, bildirilib ki, Türkiyə danışıqlar aparmaq üçün ölkələr arasında qaz əməkdaşlığı istiqamətində konkret addım atılmasını şərt qoyub.
İki lider arasında bir müddət davam edən gərgin ünsiyyətdən sonra üzbəüz görüşün keçiriləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib. Xəbərdə prosesin müəyyən çətinliklərlə üzləşdiyi barədə diplomatik mənbələrin paylaşdığı məlumatlar da yer alıb. Buna uyğun olaraq, prezident Ərdoğanın Netanyahu ilə yalnız ölkələr arasında qaz əməkdaşlığı barədə məlumat verəcəyi təqdirdə görüşəcəyi bildirilib.
Xəbərin ən diqqət çəkən məqamlarından biri də baş nazir Netanyahunun Ərdoğanla çəkilmiş fotosessiyadan anlaşılan diplomatik uğur obrazı axtarması olub.
Mikayıl