"Makkabi” (Təl-Əviv) klubu "Aston Villa” ilə keçiriləcək Avropa Liqası səfər matçı üçün azarkeşlərinə bilet ayırmaqdan imtina edib.
AZXEBER.COM xəbər verir ki, görüş noyabrın 7-də Birminqemdəki "Villa Park” stadionunda baş tutacaq.
"Azarkeşlərimizin təhlükəsizliyi və rifahı bizim üçün hər şeydən önəmlidir. Ötən illərin acı təcrübəsini nəzərə alaraq, səfər oyununa qatılmaq istəyən azarkeşlər üçün bilet ayırmamaq qərarına gəldik. Bu qərar yalnız təhlükəsizlik baxımından verilib”, – klubun rəsmi açıqlamasında bildirilib.
Qeyd edək ki, "Aston Villa” tərəfi də qarşılaşmanın riskli olması və mümkün etiraz aksiyalarından ehtiyatlanaraq "Makkabi” azarkeşlərinin oyuna buraxılmayacağını açıqlamışdı.
Zəfər Hacılı









































