Dünən İsrail prezidenti Şimon Perez Avropa Parlamentində çıxış edərək, qərbli qanunvericiləri Hİzbullahı rəsmən terrorçu təşkilat kimi tanımağa çağırıb. Strasburqda İsrail başçısı eyni zamanda İran məsələsinə toxunaraq, Tehran rejiminin dünya sülhünə ən böyük təhlükə olduğunu bəyan edib. Perez İranda hakimiyyətin əslində dini don geyilmiş diktaturaya çevrildiyini qeyd edib.Onlarda bir imperialist iştahası yaranıb, heç kəs İranı hədələmir, ancaq İran başqalarını hədələyir”, - deyə Şimon Perez nitqində vurğulayıb. Suriya münaqişəsinə gəldikdə isə İsrail lideri diqqətəlayiq təklif irəli sürüb.