Livana hücumunda çoxlu sayda insanın ölümünə səbəb olan İsrail ordusu Hizbullah hədəflərinə də hava hücumları təşkil etdiyini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun sözçüsü Aviçay Adraee X sosial şəbəkə platformasında yazılı açıqlama yayıb.
Açıqlamaya əsasən, İsrail döyüş təyyarələrinin bu səhər Livanın cənubundakı Sluki vadisində "Hizbullah hədəflərini" vurduğunu bildirib.
İsrail ordusu dünən Livan ərazisindən Safed şəhərindəki hərbi bazaya hücuma cavab olaraq Livanın cənub bölgəsinə böyük hava zərbəsi endirib.
Hücum nəticəsində 3-ü uşaq olmaqla 10 livanlı həyatını itirib, 20-dən çox insan isə yaralanıb.
Mikayıl